3 aprel 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin müəllimi Adilə Qafurovanın 9R4 sinfində Kimya fənnindən "Silisium və onun birləşmələri" mövzusunda açıq dərsi baş tutdu. Dərs öz innovativliyi ilə seçilirdi. Bir-birindən maraqlı iş üsulları ilə qurulmuş dərs şagirdlərin də marağına səbəb oldu. Təqdimatlar, bilməcələr, qrup işi, əyani vasitələrdən istifadə olunan dərsdə yadda qalan ən maraqlı məqamlardan biri də məhz Ədəbiyyat fənni ilə olan inteqrasiya oldu. Dərsin sonunda isə şagirdlər meyarlar əsasında qiymətləndirildilər.