14 aprel 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə Kimya müəllimi Məharət Qarayevin rəhbərliyi ilə Kimya fənnindən Breyn Rinq keçirildi.Breyn Rinqin keçirilməsində əsas məqsəd şagirdlərdə Kimya fənninə olan marağın daha da artırılması idi. Müəyyən zaman kəsiyində şagirdlər Kimya fənninə aid sualları cavablandırdılar. Breyn Rinq 9-cu siniflər arasında təşkil olunmuşdu. Final mərhələsinə 9A1 və 9A4 siniflərinin komandası çıxdı. Gərgin mübarizə şəraitində keçən Breyn Rinqdə 9A1 sinfi I, 9A4 sinfi isə II yerə layiq görüldü. Yarışın sonunda qaliblər Diplomla təltif olundular.
Akademik Zərifə Əliyeva adına lisey olaraq 9A1 və 9A4 siniflərini təbrik edir və elm yolunda yüksək zirvələri fəth etmələrini arzulayırıq.