Noyabr ayının 30 da liseyimizdə “İstedadlar sorağında” müsabiqəsi keçirildi. Hər il keçirilən bu müsabiqənin əsas məqsədi şagirdlərimizin istedad və bacarıqlarını üzə çıxarmaqdan ibarətdir.
Liseyimizin müəllimləri tərəfindən bacarıqları qiymətləndirilən 9, 10 və 11-ci sinif şagirdləri “şeirin ifadəli oxusu”, “rəqs”, “mahnı ifası”, “musiqi alətində ifa”, “aktyorluq” nominasiyaları üzrə öz bacarıqlarını göstərdilər.