Noyabr ayının 6-sı İngilis dili kafedrasının müəllimi Gülxas Aslanovanın 10 r1 sinfində “What if?” mövzulu açıq dərsi keçirilib. Dərsdə liseyin direktoru Mehriban Vəliyeva, ingilis dili fənni üzrə metodbirləşmə sədri Xanım Şamilova və kafedranın müəllimləri iştirak edirdi. Dərs həm maraqlı, həm də öyrədici idi. Şagirdlər çox fəal və yüksək səviyyədə keçilən mövzu ilə bağlı biliklərini nümayiş etdirdilər. Həmin ayın 13-ü isə kafedranın digər müəllimi İradə Səmədovanın 9r2 sinfinə "Travelling" mövzulu açıq dərsi baş tutub. Həm mövzunun maraqlı olması və aktuallığ, həm də şagirdlərin fəallığı dərsi yaddaqalan edib.