İngilis dili fənni ilə bağlı şagirdlər üçün seminar keçirildi
02 Mart 2016
ABŞ-ın Təhsil proqramları üzrə koordinatoru Kevin McCaughey və onun komandası 1-5 mart tarixlərində İngilis dili həftəsi səbəbi ilə Azərbaycan Dillər Universitetinin Amerikaşünaslıq mərkəzində ödənişsiz dərslər və müzakirələr aparmaq məqsədi ilə Bakını ziyarət edib, gərgin iş rejimi və qrafikin olmasına baxmayaraq 2 mart 2016-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyinin Təhsil proqramları üzrə koordinatoru Kevin McCaughey, mədəniyyət işləri üzrə rəsmi nümayəndə olan Amy Peterson və Zülfiyyə Şirinova Akademik Zərifə Əliyeva adına liseyin qonağı olub. Kevin McCaughey tərəfindən 60-dan çox şagirdin cəlb olunduğu seminarda dil tapşırıqları yerinə yetirilib və bu, hamının marağına səbəb olub.