Xatırladaq ki, 22 aprel “Beynəlxalq Yer günü”nun keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlayıb. 1910-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılıb.
Aprel ayının 27-də liseyimizdə və ətraf ərazilərdə iməcilik keçirilmişdir. Müəllimlərin rəhbərliyi altında şagirdlər ətraf ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara qulluq göstərildi,alaqlardan təmizlənildi, ağacların dibi yumşaldıldı və ərazi tullantılardan təmizləndi.
Bundan başqa, iməcilik iştirakçıları müxtəlif şüarlardan (“Təbiətdən rasional istifadə edək!”; “Təbiəti qoru –budur həyat yolu!”; “Sağlam həyat, sağlam təbiət!”, “Təbiəti qoruyaq!”) ibarət lövhələri nümayiş etdirərək şəhər sakinlərini təbiəti qorumağa çağırdılar.