Müharibə deyəndə ilk ağlımıza gələn döyüş bölgəsi, atılan topların , partlayan mərmilərin səsi olur. Lakin müharibədən müharibəyə də fərq var. Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda gedən müharibə təkcə döyüş bölgəsini əhatə etmir. Ancaq cəbhədə vuruşan oğullara aid deyil. Bu hər birimizə, qəlbi vətən eşqi ilə döyünən hər bir azərbaycanlıya aiddir.
Liseyimiz fəaliyyətə başladığı ilk gündən qarşısına qoyduğu məqsədə sadiq qalaraq hər zaman qəlbi Vətən eşqi ilə dolu övladlar yetişdirib. Və bu gün “Vətən məni çağırır” deyərək liseyin hər bir üzvü, müəllimi, şagirdi, texniki işçiləri, valideynləri müxtəlif sahələrdə öz mübarizəsini davam etdirir .
Elə bu məqsədlə “ Hərəmiz bir əsgərik ...” adlı layihədə iştirak edərək silsilə tədbirlər həyata keçirilmişdir.
1.Orduya dəstək məqsədilə müəllim və texniki işçilərin təşəbbüsü ilə “Silahlı Qüvvələrə Yardım Fondu”na vəsait köçürülmüşdür.
2.Liseyin valideynlərinin təşəbbüsü ilə cəbhədəki əsgərlərə yardım aksiyası təşkil edilmişdir.
a) Cəbhə bölgəsinə, qəhrəman əsgərlərimizə sovqatlar göndərilmişdir;
b) Cəbhə bölgəsində vuruşan bir neçə əsgər ailəsinə yardım göstərilmişdir.
3.Liseyin şagirdləri “Əsgərə məktub” layihəsində fəal iştirak edərək müxtəlif bölgələrədə döyüşən əsgərlərimizə 70-dən çox məktub yollamışlar.
4.Liseyin müəllimləri öz təşəbbüsü ilə döyüş bölgələrində vuruşan əsgərlərin ailələri, ermənilərin dinc əhaliyə qarşı raket hücümundan ziyan çəkmiş sakinlərlə Bərdə şəhərində görüşlər keçirilmiş, onlara maddi və mənəvi dəstək göstərmişlər.
Hörmətli müəllimlər, əziz şagirdlər “Hərəmiz bir əsgərik...” layihəsi hələ də davam edir.