Liseydə 10a4 sinif şagirdlərinin hazırladığı videoçarxın nümayişi keçirilmişdir. Narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə hazırlanmış bu videoçarx digər sinif şagirdləri tərəfindən maraqla izlənmiş , bu mövzuda diskussiyalar aparılmışdı.