Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə şagirdləri məumatlandırmaq məqsədilə liseyn tarix müəllimi Zemfira Məhəmmədova videokonfrans formatında dərs keçirmişdir. 44 günlük Vətən müharibəsinin qələbəsində dahi siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin roluna həsr olunmuş bu konfransda liseyin şagirdləri fəal iştirak etmişlər.
Konfransda qeyd olunmuşdur ki, qələbənin qazanılmasında Azərbaycanın şanlı ordusunun igid əsgərlrinin rolu əvəzolunmazdır. Bu 44 gün ərzində qalib ordunun qəhrəman döyüşçələrini qələbəyə məhz Ali Baş Komandanın daxili və xarici siyasətini ruhlandırırdı. Konfransda şagirdlər tərəfindən aşağıdakı fikir-şüarlar səslənmişdir.
“Biz fəxr edirik ki, Azərbaycanda yaşayırıq!”
“ Biz fəxr edirik ki, məhz İlham Əliyev illərdir çiyinlərindəki ağır yük olan bu problemi həll edə bildi!”
“Biz torpaqlarımızı düşmənlərdən qorumalı olduğumuzu bilirik!”
“ Qalib adını qazanmaq haqqını nəyin bahasına əldə etdiyimizi bilirik! Bu qələbənin qazanılmasında axıdılan şəhid qanlarını unutmayacağımıza söz veririk!”
“Prezidentimizin öz üzərinə götürdüyü və şərəflə doğrultduğu məsuliyyəti heç vaxt unutmayacağıq!”
Şagirdlərin səsləndirdiyi şüarlar göstərir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir!
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!