Bilirsinizmi? Füzuli bölgəsi inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da yaradılmış və ilkin adı Qarabulaq olmuşdur.
Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Karyagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhədd olan Füzuli rayonunun ərazinin bir hissəsi 1993-cü ildə Erməni qəsbkarları tərəfindən işğal edilib.
Ərazisi: 1386 km²
Əhalisi: 144 min nəfərdir.
1 şəhəri,1 şəhər tipli qəsəbəsi
75 kəndi vardır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndləri,
17 oktyabr 2020-ci ildə isə Füzuli şəhəri işğaldan azad olunmuşdur.