8-12 iyul 2019-cu il tarixində Qazaxstanın Nur-Sultan şəhərində World Scholar’s Cup beynəlxalq fənlərarası intellektual olimpiada keçirildi. Dünyanın 14 ölkəsinin iştirak etdiyi bu olimpiadada Azərbaycanı liseyin 10r2 sinif şagirdləri, 3 komanda şəklində təmsil edirdiər. Bu ikinci beynəlxalq mərhələ idi. Olimpiadada iştirak edən hər 3 komanda 2019-cu ilin noyabr ayında ABŞ-ın Konnektikut ştatının Yelski Universitetində keçiriləcək həlledici üçüncü mərhələyə dəvət aldı. Əlbəttə ki, bu qələbə hər üç mərhələ üçün aparılan hazırlıqların bəhrəsi idi. Belə beynəlxalq olimpiadalara hazırlıq , sözsüz ki, müəllim köməyi olmadan həyata keçirilə bilməzdi. Altı fənni əhatə edən böyük həcmli materialı ingilis dilində mənimsəmək, daha sonra diskussiyalar , debatlar aparmaq, test həll etmək, öyrənilmiş material əsasında esse yazmaq lazım idi.
Bu olimpiadaya hazırlıq liseyin tarix müəllimi, adıgedən olimpiadada iştirakın təşşəbbüskarı və koordinatoru Zemfira Məhəmmədovanın ağır zəhmətinin bəhrəsidir. Z. Məhəmmədovanın xarici dil bacarığı, İB məktəbdə tarix dərslərinin aparılması, 2000-ci ildən beynəlxalq layihələrdə mütəmadi iştirakı şagirdlərin olimpiadaya hazırlanmasında böyük rol oynadı. Beş aya qədər sürən gərgin əmək və hazırlıqlar öz bəhrəsini göstərdi. Bu müddət ərzində ,18-19 may 2019-cu il tarixində Tbilisi şəhərində keçirilmiş olimpiadanın I mərhələsində , şagirdlərimiz 70 medal qazanmış və xüsusi mükafatlarla təltif olunmuşlar.
Nur- Sultan şəhərində keçirilmiş ikinci mərhələdə isə şagirdlərimiz 14 ölkədən olan komndalarla yarışaraq
26 medal: 10 qızıl, 16 gümüş medal qazanmış, həmçinin mükafat və kuboklarla təltif olunmuşlar. Əlbəttə ki, əsas mükafat Yelski Universitetinə dəvət oldu.
Şagirdlərimizi qazandıqları növbəti qələbə ilə təbrik edir və yeni uğurlaq diləyirik!