Heydər Əliyev Mərkəzində "Eco Picture Diary - 2013" Beynəlxalq ekoloji layihəsinin nəticələrinə görə, 20 finalçının biri bizim şagirdimizdir. Liseyin bütün kollektivi 10r1 sinfinin şagirdi Nərminə Qurbanovanı final mərhələsində qalib olduğuna görə, təbrik edir!
Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü, YUNESKO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və “Panasonic Marketinq MDB”nin (PMCIS) dəstəyi ilə təşkil olunub. Noyabrın 1-dən 15-dək davam edən müsabiqə zamanı Bakı və Gəncə şəhərlərində 5000 məktəbliyə ekoloji gündəliklər paylanılmış, onlardan 3032-si doldurularaq təşkilatçıya təqdim olunmuşdur. Bu göstərici beynəlxalq müsabiqədə iştirak edən 51 ölkə arasında ən yüksək yerlərdən birini tutub. Müsabiqədə iştirak edən şagirdlər onlara paylanmış xüsusi gündəliklərə qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkib, öz ideyalarının qısa şərhini veriblər. Bakı şəhəri üzrə 314 məktəbdən 2403, Gəncə şəhəri üzrə isə 49 məktəbdən 629 Eko Rəsm Gündəliyi daxil olub. Müsabiqə iştirakçılarından 1299 nəfəri 6-11 yaş, 1733 nəfəri isə 12-15 yaş qrupunu təmsil edib. Münsiflər heyətinin qərarı ilə milli qalib seçilmiş Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanova, eləcə də 19 finalçıya “Sertifikat” və qiymətli hədiyyələr təqdim olunub. Finalçılar Bakı şəhərindən Zərifə Əliyeva adına liseyi, “Ankara məktəbi”ni, İncəsənət Gimnaziyasını, 59, 99, 262, 271, 276, 290, 28, 98, 132-134, 301, 304 saylı orta ümumtəhsil məktəblərini, Gəncə şəhərindən isə 4, 28, 11, 25 saylı orta ümumtəhsil məktəblərini təmsil edir. 2008-ci ildən keçirilən “Eco Picture Diary 2013” müsabiqəsinin məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin yüksəldilməsi, flora və faunaya, bötüvlükdə təbiətə qayğı hissinin aşılanmasıdır. Layihə həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir. Ekoloji problemlərin dünyada aktual olduğu bir dövrdə belə layihələrin həyata keçirilməsinin vacibdir. İDEA, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, YUNESKO, PMCIS, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyəti final mərhələsinə vəsiqə qazanan 20 iştirakçı arasında bizim Nərminəni finalda görmək hamımızı sevindirdi. Müsabiqə barədə ətraflı məlumatı İDEA-nın İnternet səhifəsindən (www.ideacampaign.org) əldə etmək olar.