Tarix kainatın vicdanıdır.
Ömər Xəyyam
Tarix elə ortaq sərvətdir ki, ondan hər bir xalq öz fərasətinə görə pay götürür. Tarix yazmaq tarix yaratmaq qədər önəmlidir. Yazan yaradana sadiq qalmalıdır. Volter yazırdı: “Tarix kralların, generalların yox, məhz millətin tarlasıdır. Hər millət keçmişdə bu tarlaya nə əkibsə, gələcəkdə onu biçər”.
Akademik Zərifə Əliyeva adına liseydə “Dünyayı tanıyaq” layihəsinin də ikinci mərhələsi məhz tarixlə bağlı idi. “Tarix” mərhələsində bir-birindən maraqlı təqdimatlar, çıxışlar münsiflər heyətinin marağına səbəb oldu. Qalib sinfin yaxın günlərdə məlum olacağı gözlənilir.