Dünyada hər şey qadının əsəridir.
Mustafa Kamal Atatürk
Qadın dünyanın ən gözəl və ən qiymətli varlığıdır. Şekspir yazırdı: “Mən qadınlarda zahiri gözəlliyi deyil, ruh gözəlliyini axtarıram”. Qadın həyatının bütün mərhələlərində insanlığın xilaskarıdır. Unutmaq lazım deyil ki, hər şey insanın əlindədir, insan isə qadının.Ağıllı qadın xəzinə, gözəl və ağıllı qadın isə gücdür. Qadın cənnətin ayaqları altında olduğu ana, hər dərdə şərik bacı, sədaqətli həyat yoldaşı- bir sözlə, Allahın İnsanlığa əmanətidir. Onu sevmək, qorumaq hər birimizin borcudur.
7 mart 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə 8 Mart Beynəlxalq Qadınlar Günü munasibətilə təntənəli tədbir keçirildi. Şagirdlər hazırladıqları bir-birindən maraqlı musiqi nömrələri ilə müəllimlərini səmimi qəlbdən təbrik etdilər. Tədbirin sonunda söz liseyin direktoru Mehriban Vəliyevaya verildi. Mehriban xanım kiçikdən tutmuş böyüyə qədər liseyin bütün xanım nümayəndələrini təbrik edərək onlara uğurun imza atdığı, sevgi və sevincin bəzədiyi, xeyirin əbədi sakin olduğu bir ömür arzuladı.