Özümüzə və aid olduğumuz cəmiyyətə qarşı məsuliyyətimizin fərqində olmalıyıq. Dünya adını verdiyimiz bir yerdə nə olduğunu öyrənmək və əldə etdiyimiz məlumatları insanlarla paylaşmaq ən vacib işlərimizdən birinə çevrilməlidir. Dünya ilə bağlı hər hansı bir məsələdə söz sahibi ola bilmək üçün vətəndaşın dünya və coğrafiya ilə bağlı biliyə sahib olması vacib məsələlərdəndir. Onu da qeyd edək ki, zamanında Cografiya fənni ingilis məktəblilərinə “imperator kimi düşünməyi” öyrətmək üçün tədris edilən bir elm sahəsi idi.Məhz bu əbədi aktuallığını qoruyan elm ilə bağlı 3 noyabr 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseydə Cografiya müəllimi Yelena Viktorovna tərəfindən tədris etdiyi fənn üzrə “Dünyaya səyahət” adlı viktorina keçirildi. Müsabiqədə liseyin 9r2, 10r2+, 10r4, 11r2 sinfinin nümayəndələri iştirak edirdilər. Viktorinada müxtəlif çətinlik səviyyəsində sualları cavablandıraraq bütün mərhələləri uğurla keçən komanda qalib gələrək mükafatlandırıldı.