Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və "Xəzər" İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında 18 oktyabr - Müstəqillik günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-rinq” intellektual oyunu keçirilib. SİA-nın məlumatına görə, oyunda 16 komanda mübarizə aparıb. Nəticələrə görə, I yerə Yasamal rayonunun "Onside" komandası, II yerə Nizami rayonunun "Zəngi" liseyi, III yerə Yasamal rayonunun "Dəyanət" liseyi layiq görülüb. Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Mətləb Əzizli də iştirak etmiş və qalib olmuşdur.
Tədbirin keçirilməsində məqsəd Azərbaycan Gəncliyi Dövlət Proqramının (2011-2015 ci illər) icrası, yeniyetmələrin intellektual və mədəni səviyyəsini inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkili, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən oyrənmək, ümumbəşəri və milli dəyərlərə yiyələnmək, dünyagörüşünü genişləndirməkdən ibarətdir.