Yanvarın 13-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.
Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.
Nəsimi yaradıcılığından söz açan nazir onun ədəbiyyat və fəlsəfi fikir tarixində özünəməxsus yeri olduğunu deyib.
Bu tədbirdə liseyimizin dram dərnəyinin rəhbəri Bəhruz Vaqifoğlunun hazırladığı şagirdlərimizin iştirakı ilə hazırladığı Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış “Mənəm” tamaşası böyük uğurla izlənildi.