Liseyimiz 26 yanvar-1 fevral 2020-ci ildə Polşanın Gdynia şəhərində keçiriləcək "Beynəlxalq Moot Court" müsabiqəsində (Internetional Moot Court Competition 2020) ölkəmizi təmsil etmək üçün dəvət alıb. Bu məqsədlə müsahibə yolu ilə seçilmiş 8 şagird yarış üçün hazırlıq prosesinə başlamışlar və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə, ölkəmizdə çalışan Jordan Troisi könüllü olaraq şagirdlərimizə məşğələlər keçərək kömək edir.