Beynəlxalq Jautikov olimpiadasında uğurlu nəticə

17 Yanvar 2026

10–14 yanvar tarixlərində Qazaxıstanın Astana şəhərində təşkil olunan XXII Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri də iştirak edib. Milli komandamız bu bilik yarışında Fizika, İnformatika və Riyaziyyat fənləri üzrə iştirak edərək 5 gümüş, 5 bürünc olmaqla ümumilikdə 10 medal qazanıb. 

İnformatika fənni üzrə Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Fateh Əhmədzadə bürünc medala layiq görülüb.

Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!