21-29 iyul tarixlərində İran İslam Respublikasının İsfahan şəhərində Beynəlxalq Fizika Olimpiadası (IPhO 2024) keçirilib. İsfahan Texnologiya Universitetində keçirilən olimpiadada 46 ölkədən 230 nəfər məktəbli öz bilik və bacarıqlarını sınayıb.
Liseyimizin 2024-cü il məzunu bu olimpiadada ölkəmizi təmsil edib və həvəsləndirici mükafatına layiq görülüb.
Bu uğur münasibətilə şagirdimizi ürəkdən təbrik edir, hər zaman bol-bol uğurlar arzulayırıq.
Qeyd edək ki, Adil bir neçə dəfə Fizika fənni üzrə Respublika Fənn Olimpiadalarının və eləcə də Astronomiya olimpiadasının qalib olub.