Təhsil millətin gələcəyidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.
Heydər Əliyev
22 fevral 2017-ci il tarixində Bakı Ali Neft Məktəbi Akademik Zərifə Əliyeva adına liseyin qonağı oldu. Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova, liseyimizin 2014 və 2015-ci il məzunları Həsənov Vüqar ( 3-cü kurs tələbəsi) və Sadıqov Kənan (2-ci kurs tələbəsi) Bakı Ali Neft Məktəbi haqqında təqdimat etdilər. Tədbirdə 11a1 və 11r1 sinif şagirdləri iştirak edirdilər. Şagirdlər Ali Neft Məktəbi, qəbul olmaq istədikləri fakültələr haqqında ətraflı məlumatlar əldə etdilər. Tədbirdə fəal olan şagirdlər kiçik hədiyyələrlə mükafatlandırıldılar.