11 aprel 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin Tarix müəllimi Tahirli Aytən tərəfindən “Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” mövzusunda dərs keçirilmişdir. Dərsdə liseyin 11-ci sinif şagirdləri ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət Müstəqilliyinin bərpa edilməsindəki önəmli rolu haqqındakı çıxış etmişdirlər. Dərsdə liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Mehriban xanım Vəliyeva Heydər Əliyevin mükəmməl bir ailə başçısı, nümunəvi ata və həyat yoldaşı olması haqqında danışaraq dahi liderin Azərbaycan tarixində əbədi imzaya çevrilmiş şəxslərdən biri olduğunu vurğulamışdır. Tədbirdə Bakı Baş Təhsil İdarəsinin rəsmi nümayəndəsi Lalə Quliyeva iştirak etmişdir.