8 noyabr 2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına liseydə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi. Liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək Dövlət Bayrağının hər bir vətəndaşın qürur mənbəyi olduğunu qeyd etdi. Üçrəngli bayrağımızın tarix boyu çox ağır sınaqlardan keçməsinə baxmayaraq bu gün yüksəlişinin ən uca zirvəsində durduğunu qeyd etdi. Daha sonra liseyin şagirdləri öz təqdimatlarında bayrağımız haqqında daha ətraflı məlumat verdilər, dünyanın istənilən guşəsində qəlbi vətən eşqi ilə çırpınan bütün azərbaycanlıları, respublikamızın gələcəyə nikbin baxan vətəndaşlarını, liseyimizin müəllim və şagird kollektivini Dövlət Bayrağı Günü münasibəti ilə təbrik etdilər.