10 mart 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Xəlilovanın “ Anar: Keçən ilin son gecəsi” mövzusunda açıq dərsi oldu. Dərs fəal təlimə əsaslanmış şəkildə hazırlanmışdı. Motivasiya mərhələsindən sonrakı tədqiqat mərhələsində şagirdlər tədqiqat sualının cavabını səhnəciklə nümayiş etdirdilər. Dərsin əsas məqsədi diqqəti “Valideyn-övlad münasibətləri”nə yönəltməkdən ibarət idi. Yekunda “Ailənin bütövlüyü və möhkəmliyi ... asılıdır” tədqiqat sualı simvolik olaraq ədalət tərəzisi vasitəsilə səsvermə aparılaraq cavablandırıldı.