31.01.12 tarixində Akademik Zərifə Əliyeva adına məktəbdə “Gənclər Günü”nə həsr olunmuş, məktəbizin bütün şagirdləri üçün təşkil olunmuş maraqlı bir diskoteka keçirildi. Yüksək səviyyəli işıqlandırılma, maraqlı və müasir mahnıların təşkil edildiyi diskotekada məktəbin bütün şagirdləri çox böyük bir həvəslə iştirak etdilər. Bitmək bilməyən müasir mahnıların müşayiəti altında şagirdlər yorulmadan oynadılar. Hətta onlar 2 saatdan çox davam edən diskotekanın bitməsini belə istəmirdilər.
Şənliyin sonunda məktəb müdiriyyəti çıxış etdi. Məhəbbət Xanım bir neçə dəqiqəlik çıxışı ərzində bütün gəncləri və eləcə də məktəbimizdə təhsil alan IX, X və XI sinif şagirdlərini bu gözəl gün münasibətilə təbrik etdi və onlara öz tövsiyyələrini verdi.
Biz də öz növbəmizdə parlamentin bütün üzvləri adından gənclik zirvəsinə ucalan gənclərimizi bu gün münasibətilə təbrik edirik!