Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Zirə Mədəniyyət Mərkəzində

04 Oktyabr 2016

 Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilib.

Mərkəz ərazisinin ümumi sahəsi 10 ha-dır. Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ  və eyni zamanda meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın  gül əkilib.
http://ziremm.az/news
Binanın I mərtəbəsində  qəbul  şöbəsi, qalereya (yaşıllıq ərazisi ), fotostudiya, art-studiya, elektron kitabxana, IDEA resurs mərkəzi, şahmat otağı, xarici dil kabineti (ingilis,fransız və rus dilləri), moda studiya, gimnastika və rəqs zalı, Zirə xalça muzeyi və xalçaçılıq tədris mərkəzi fəaliyyət göstərir.

1 oktyabr 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseyin 9r sinif şagirdləri liseyin İKT üzrə  müdir müavini, Əməkdar müəllim, eyni zamanda 9r1 sinfinin rəhbəri Aygün Əzizovanın rəhbərliyi altında Zirə Mədəniyyət Mərkəzinin qonağı olmuş, Eko-parkı gəzmişdirlər.  Daha sonra Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri dərnəklərin fəaliyyəti ilə yaxından tanış  olmuş, onların diqqətini xüsusi şəkildə cəlb edən “Şahmat" dərnəyində səmərəli zaman keçirmişdirlər.

Lisey şagirdləri “Həyat abidəsi” kimi simvollaşdırılan  üç metrlik “Ürək” abidəsi və onun simvolik anlamı haqqında mərkəz əməkdaşlarına suallar ünvanlamışdırlar.  Məlum olmuşdur ki, abidənin müəllifi Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevadır. Uzun illərdir ki, Leyla Əliyevanın vətəndaş mövqeyi nəsli kəsilməkdə olan heyvanların populyasiyasının qorunub saxlanılması və qoruqların mühafizəsi ilə bağlı fəaliyyətində aydın görünür. Abidənin simvolik anlamı da budur: “Canlı təbiət dünyanın ürəyidir. Bu ürək döyünür  və ürək döyündükcə həyat davam edəcək”.