Akademik Zərifə Əliyeva adına liseydə RSXM əməkdaşları təlim keçib

20 May 2016

Ulu Öndər Heydər Əliyevin 93 illiyi münasibəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən həyata keçirilən "Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları" layihəsi çərçivəsində Akademik Zərifə Əliyeva adına liseydə təlim keçirilib. 
Tədbirdə AMEA nəzdində RSXM-nin "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, gelogiya-mineralogiya üzrə fəlsəfə doktoru E.Qaravəliyev, "Elmi əlaqələr" şöbəsinin müdiri T.Cəfərov, Mərkəzin elmi katibi L.İbrahimova və əməkdaşları - A.Ağazadə və  M. Məmmədli iştirak ediblər.
Təlimdə məktəblilərə zəlzələ zamanı davranış qaydaları izah olunub, bununla bağlı materiallar təqdim edilib. Həmçinin məktəblilərin öz iştirakı ilə səhnəcik nümayiş etdirilib.


Mənbə: http://www.seismology.az/az/news/198#.V0FMZ4QrLIU