Zərifə Əliyeva adına liseyin 2012-ci il məzunlarından Qurban Orucov 675 bal toplayaraq BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasına daxil olmuş və Prezident təqaüdünə layiq görülmüşdür. BANM-də təhsil aldığı dövrdə Ali Məktəb tərəfindən təşkil olunan bir sıra istehsalat təcrübələrində iştirak etmişdir. Bura Halliburton, SOCAR NQÇİ-nin “Neft Daşları”, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu daxildir. Bu günlərdə bakalavr təhsilini başa vuran məzunumuzdan xoş soraq aldıq. Qurban magistr səviyyəsini adlayaraq birbaşa olaraq ABŞ-ın Colorado School of Mines ali məktəbinin doktoranturasına təqaüdlü proqram üzrə qəbul olmuşdur. Qeyd edək ki, ABŞ-ın ən qabaqcıl ali təhsil ocaqlarından biri olan Colorado School of Mines 2016-2017-ci illərdə dağ-mədən sənayesi üzrə dünyanın ən yaxşı universiteti seçilmişdir. Qurban Orucov Colorado School of Mines-ın tarixində ən gənc doktorant hesab olunur. Məzunumuzu təbrik edir və uğurlarının davamını diləyirik.