Olimpiada şagirdlərin sürətli düşünmə gücünü və məntiqi təfəkkürünü yoxlayan elmi üsuldur.
22 may 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin Riyaziyyat müəllimi Laçınova Aynurun və Azərbaycan dili və ədəbiyyat müəllimi Bağırova Günelin "Azərbaycan dili və riyaziyyatın digər fənlərlə inteqrasiyası" mövzusunda açıq dərsi baş tutdu.
Dərsin məqsədi:
1. Hər bir fənnin dəyərli olduğunu bir daha diqqətə çatdırmaq idi.
2. Fənlərarası inteqrasiyadan kurikulum və ya ənənəvi dərsdə istifadənin dərsi daha maraqlı edəcəyinə diqqəti yönəltmək idi.
3. Olimpiada kimi qurulan oyunda şagirdlərin sürətli düşünmə gücünü və məntiqi təfəkkürünü yoxlamaq idi.
Azərbaycan dili və Riyaziyyat fənləri biologiya, fizika, kimya, coğrafiya, tarix, İngilis dili fənləri ilə inteqrasiya olunmuşdu. Dünya təcrübəsinə əsaslansaq, görərik ki, şagirdlər daha çox oyun, tapmaca xarakterli dərslərə meyillənirlər. Bu isə dərsin daha səmərəli nəticə verməsinə gətirib çıxardır. Yeni üsulla keçirilən bu açıq dərs də şagirdlərin diqqətini cəlb etdi və onların aktivliyi ilə yadda qaldı.