Elm nurdur, lakin göz olmasa, nur da yoxdur.
Akademik Zərifə Əliyeva
Gözlər qəlbin aynasıdır. Bu aynanın qüsursuz göstərməsinin təminatçısı isə bu gün xatirəsini hörmətlə yad etdiyimiz Azərbaycanın XX əsrdə tanınmış alim və şəxsiyyətlərindən biri olan, bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr edən akademik Zərifə xanım Əliyeva idi. Belə bir deyim var: "Sağlamlığı olanın ümidi, ümidi olanın hər şeyi var ". Allah yaratdığı nuru itirmiş insanların xilası üçün onu-Zərifə Əliyevanı xilaskar olaraq göndərmişdi. Akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində bu şərəfli yolu davam etdirən Zərifə Əliyeva adına Göz Klinikasının həkimləri: Həsənova Nigar, Xıdırova Nəzrin, Həsənova Rəvanə, Həşimova Nübar, Şirinova Nübar liseyimizin qonağı oldular. İlk öncə liseyin direktoru Mehriban Vəliyeva qonaqları salamladı, daha sonra şagirdlər Zərifə Əliyeva haqqında hazırladıqları təqdimatı nümayiş etdirdilər. Tədbirdən sonra həkimlər üçün ayrılmış xüsusi otaqda görmə ilə bağlı problemləri olan bir qrup şagird müayinə olundu.
Biz Akademik Zərifə Əliyeva adına liseyin kollektivi olaraq Zərifə Əliyeva adına Göz Klinikasının baş həkimi Aytən Sultanovaya və kollektivinə dərin minnətdarlığımızı bildirir, bu şərəfli yolda onlara uğur arzulayırıq.