ADA Universitetinin məktəblilər arasında keçirdiyi II İngilis dili olimpiadasının I mərhələsi uğurla başa çatmışdır.
19 fevral 2017-ci il tarixində ADA Universitetinin Təhsilin İdarə Edilməsi fakültəsinin tərəfdaş məktəbi olan 132-134 saylı təhsil kompleksində baş tutmuş I mərhələdə Bakı şəhəri üzrə 236 məktəbdən 1132 şagird iştirak etmişdir. Olimpiadada İngilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 sualı yazılı şəkildə cavablandırılmışdır.
I mərhələdə uğur qazanmış şagirdlərimiz:
- Elmir Əhmədov
- Toğrul Ədilov
- Aydın Əliyev
- Samir İbrahimzadə
- Kənan Eyvazlı
- Zaur Səfərov
- Turqay Ümüdzadə
Olimpiadada II mərhələdə iştirak hüququ qazanmış şagirdlərimizi təbrik edir və uğurlarının davamını diləyirik. Qeyd etmək istərdik ki, II mərhələ 12 mart tarixində ADA Universitetində keçiriləcəkdir. II mərhələdə iştirak hüququ qazanmış şagirdlər yazı və dinləmə qabiliyyətindən yarışa qatılacaqlar. İmtahan sualları British Council tərəfindən hazırlanmışdır. I yerin sahibi British Council -dan Böyük Britaniyada Berlitz Mançester məktəbi tərəfindən iki həftəlik İngilis dili proqramı və ADA Universitetində İngilis dili üzrə yay məktəbində ödənişsiz iştirak etmək imkanı qazanacaqdır.