28 May - Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir
Liseyin tarixi müəllimi Zemfira Məhəmmədovanın rəhbərliyi ilə 9r4 sinfində
28 May – Respublika Gününə həsr olunmuş onlayn formatda konfrans keçirilmişdir.Burada şagirdlər apardıqları araşdırmalar nəticəsində əldə etdikləri maraqlı məlumatları konfrans iştirakçıları ilə bölüşmüşlər.
Z.Məhəmmədova yekun çıxışında konfrans iştirakçılarını nadir tarixi sənədlərlə tanış etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki əvəzolunmaz yeri və rolunu qeyd etmişdir.
Z.Məhəmmədova çıxışını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözləri ilə bitirmişdir: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
BAYRAMINIZ MÜBARƏK!