27 Sentyabr Anım Günü

26 Sentyabr 2025

26 sentyabr 2025-ci il tarixində akademik Zərifə Əliyeva adına liseydə 27 sentyabr Anım Günü ilə bağlı toplantı keçirilib.

Toplantıda Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi anılıb, ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra liseyin hərbi rəhbəri Qılman Eyvazov və tarix müəllimi Samir Səmədov çıxış edərək şagirdlərimizə məlumat veriblər. Şagirdlərimiz liseyimizin 2012-ci il məzunu şəhid Namiq Quliyevin Xatirə lövhəsinin qarşısına qərənfillər düzüblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.