Qarşı yatan qara dağım yıxılıbdır
Kölgəlicə qaba ağacım kəsilibdir
Kitabi-Dədə Qorqud
Vətən. Ey övladlarının addımına həsrət qalmış torpaq, səsinə həsrət məzarlar, azansız məscidlər.
29 oktyabr 1993-cü il Azərbaycan adlı ulu ağacın bir qolu əsir düşdü. Bu qol Zəngilan idi.
Biz inanırıq ki, qarşı yatan qara dağımızın başı yüksələcək, kölgəlik verən agaclarımız çiçəklənəcək, axar bulaqlarımız çağlayacaq. Zəngilanımız, Şuşamız, Kəlbəcərimiz, Laçınımız və b. torpaqlarımız işğaldan azad olacaq.