19 yanvar 2011-ci il tarixində Akademik Zərifə Əliyeva adına məktəbdə şəhidlərin xatirəsinin əbədiləşdirən “21 il son sözü Vətən olanların sorağında” adlı tədbir keçirildi.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bəktaşi Samirə və XI sinif şagirdlərinin iştirakı ilə hazırlanmış bu tədbirdə şəhidlərin xatirəsi anıldı. Şagirdlər tərəfindən səhnələşdirilmiş Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, məktəbin tarix müəllimləri Ağalarov Pərviz, Məhəmmədova Zemfira, Tahirli Aytən, Rizayev Rüfət, Azərbaycan dili müəllimi Xəlilova Pərvin, hərbi müəllmi Eyvazov Qılmanın 20 Yanvar hadisələri, həmin soyuq gecədə əliyalın tankların qarşısına çıxan Azərbaycan gənclərinin fədakarlığı ilə bağlı söylədikləri şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılması üçün zəmin yaratdı.