“20 Yanvar faciəsinin Azərbaycanın sonrakı siyasi tarixinə təsiri” adlı diskussiya

15 Yanvar 2014

 

2014-cü ilin yanvar ayının 15-də 9a3,9a4,11a2+ və 11a3 sinif şagirdlərinin iştirakı ilə “20 Yanvar faciəsinin Azərbaycanın sonrakı siyasi tarixinə təsiri” mövzusunda diskussiya keçirildi. Liseyin tarix müəllimi Pərviz Ağalarovun 1990-cı il 20 Yanvar hadisələri haqqında giriş xarakterli məlumatından sonra diskussiyalar başladı. Şagirdlərin fəal iştirakı ilə keçən müzakirələrdə 20 Yanvar  faciəsinin səbəbləri, o hadisənin siyasi nəticələri haqqında maraqlı fikirlər səsləndirildi və bu faciələr Azərbaycanın Dövlət Müstəqilliyini elan etməsinə qədərki  dövrdəki siyasi proseslər barəsində fikir mübadiləsi aparıldı.

Sonda 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla  yad  edildi.