20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Akademik Zərifə Əliyeva adına liseydə kütləvi tədbirlərə start verildi. Bu məqsədlə VIII-XI sinif şagirdləri ilə bu faciəni o dövrdə yaşamış müəllimlər arasında görüş təşkil edildi. 20 Yanvar faciəsinin yeri və tariximizdəki rolu haqqında müzakirə və fikir mübadiləsi aparıldı. Müzakirələrdə Keçmiş Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktının insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağı qeyd edildi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonrakı illərdən başlayaraq Ümumilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində qanlı yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.
Müzakirələrin sonunda liseyin şagirdləri tərəfindən hazırlanan və bu faciəni özündə əks etdirən video süjetlər izlənildi.
Müzakirələrin sonunda liseyin şagirdləri tərəfindən hazırlanan və bu faciəni özündə əks etdirən video süjetlər izlənildi.