Yanvarın 16-da 9r2, 9r3 və 10r4 siniflərinin şagirdləri ilə “20 Yanvar müstəqilliyə aparan yol” mövzusunda mühazirə keçirildi.
Tədbir zamanı 20 Yanvar hadisələrini törədən səbəblər, Sovet imperiyasının Azərbaycanda milli azadlıq hərəkatını boğmaq cəhdləri haqqında şagirdlərə məlumat verildi.
20 Yanvar Gününün Azərbaycan tarixində həm hüzn, həm də milli qürur günü olması fikri vurğulandı.