Dünyaca məşhur əsərlərdən biri olan "Əli və Nino" əsərinin müzakirəsi keçirildi.
Müzakirədə kitab klubunun yaradıcı heyəti - M. Vəliyeva, İ. Hacızadə, R. Xəlilova, G. Bağırova və kluba üzv olan şagirdlərin bir qismi iştirak edirdi.
Liseyin direktoru M. Vəliyeva əsər haqqında öz fikirlərini şagirdlərlə bölüşdükdən sonra söz şagirdlərə verildi. Şagirdlərlə əsərin müzakirəsi zamanı onların bu əsərə müxtəlif mövqedən yanaşdığı məlum oldu.
1. Ziddiyətli müəlliflik
2. Bakının tarixi və coğrafi mövqeyi
3. Qarabağ mühiti
4. Tipik erməni xislətini özündə daşıyan Naxararyan surətinin təhlili
5. Bakının tarixi binaları
a) Əli Şirvanşirin təhsil aldığı məktəbin indiki İqtisad Universitetinin əsas binası olması
b) Ninonun təhsil aldığı məktəbin indiki 132-134 sayı məktəb olması
c) Əlinin məzuniyyət gecəsinin indiki Tarix muzeyində keçirilməsi
d)Əlinin vətənimizi qorumaq üçün istinadgah seçdiyi binanın indiki Konstitusiya məhkəməsinin binası olması və s.
6. Əli obrazına ikili baxış(vətənpərvər gənc və aşiq gənc)
7. Nino xarakterinə təzadlı baxış
Sonda növbəti müzakirə üçün klub üzvlərinə Hüseyn Cavidin "Topal Teymur" əsərini oxumaları tapşırıldı.