Akademik Zərifə Əliyeva adına liseyin müəllim və X, XI sinif şagirdlərindən ibarət olan kollektivi "Mütaliə günü" ilə əlaqədar olaraq Bakının Binə qəsəbəsində yerləşən "Ümid yeri" adlı uşaq evinin qonağı olub.
Uşaqlara Azərbaycan yazıçısı Yunus Oğuzun "Əmir Teymur" adlı 2 cildlik bədii əsəri və digər hədiyyələr təqdim edilib. May ayında liseyin şagird kollektivi ilə birgə bu əsərin müzakirə olunacağının nəzərdə tutulduğu qeyd edilib. Görüşdə uşaqlara mütaliənin faydasından, bəşəriyyətin inkişafında oynadığı roldan danışılıb.