"Zəfər Tarixi" muzeyinə ekskursiya

23 Noyabr 2025

23.11.2026 -cı il tarixində liseyin 10A1 sinf şagirdləri "Zəfər Tarixi" muzeyində ekskursiyada olmuşdurlar. Ekskursiya zamanı şagirdlər Vətən müharibəsinə həsr olunmuş eksponatlarla yaxından tanış olmuş, nümayiş etdirilən tarixi sənədlər, hərbi texnika nümunələri, şəxsi əşyalar və fotoşəkillər onların böyük marağına səbəb olmuşdur. Muzeydə əks olunan qəhrəmanlıq salnaməsi, şəhidlərimizin xatirəsinə həsr olunmuş guşələr və zəfər yolunu əks etdirən materiallar şagirdləri dərindən təsirləndirmiş, onlarda vətənpərvərlik ruhunu daha da gücləndirmişdir.