ADA universiteti ilə əməkdaşlığımız davam edir.
Belə ki, 22 dekabr tarixində universitetin II kurs tələbələri- Nərmin Səfərova, Emil Mehdixanlı, Pərvin Muradlı, Alidə Məmmədova, Bəxtiyar Qurbanov və Biqəm Cəyiyev "Yeniyetmələrin və gənclərin narkotik aludəçisi" sosial məsuliyyət layihəsi çərçivəsində vebinar təşkil etdilər.
Bildiyimiz kimi bəzi yeniyetmələr və gənclər narkotikdən istifadənin normal olduğunu düşünərək böyüyürlər. Onların sevimli musiqiçiləri bu haqda mahnı oxuyur, filmlər onu məftun edir, televiziya reklamları onlardan bəhs edir.
Çoxları narkotikdən istifadənin fəsadlarını başa düşmür. Bir çox yeniyetmə bunun ağıllarına, bədənlərinə və münasibətlərinə necə zərər verə biləcəyini bilmir.
Tələbələr görüşdə iştirak edən 10A3 və 10R1 sinif şagirdlərinə narkotikin yaranma səbəblərindən, nəticələrindən, qarşısını alınma yollarından bəhs etdilər.
Sonda mövzu ilə bağlı suallar cavablandırıldı və vebinarın qiymətləndirilməsi aparıldı.