Tanınmış şəxsiyyətlər: Rənglərin sehrbazı - Səttar Bəhlulzadə

13 Yanvar 2026

Bu gün liseyimizdə “Tanınmış şəxsiyyətlər” silsiləsi çərçivəsində görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunmuş maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə liseyin Uşaq Birliyi Rəhbəri F.Rizvanova  açıq elan etərək bildirdi ki, bu cür maarifləndirici görüşlər lisey şagirdlərinin mədəni-bədii zövqünün formalaşmasına, tarixi və mədəni dəyərlərimizə olan münasibətlərinin dərinləşməsinə xidmət edir Şagirdlərdə yaradıcılıq, tədqiqat və təqdimat bacarıqlarını inkişaf etdirir.
  Daha sonra təsviri incəsənət müəllimi F.Nurəliyeva  Səttar Bəhlulzadə haqqında hazırladığı təqdimatla şagirdlər qarşısında çıxış etdi. Təqdimat zamanı sənətkarın uşaqlıq illəri, təhsil yolu, yaradıcılığı və Azərbaycan təsviri sənətindəki yeri barədə geniş məlumat verildi.
Şagirdlər Bəhlulzadənin məşhur əsərlərini – xüsusilə Azərbaycan təbiətini və mədəniyyətini əks etdirən rəsmlərini tanıdılar və onun sənət dili üzərində müzakirələr apardılar. Tədbirin davamında şagirdlər rəssamın stil və motivləri barədə öz fikirlərini bölüşdülər, yaradıcılıq inspiriasiyası aldıqları mövzular üzrə mini-esse və sketclər hazırladılar.