20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar liseydə "Qəlbimizdə yaşayanlar" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respubliksının Dövlət Himni səsləndirilib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra
20 Yanvar hadisələri zamanı şəhid olmuş məktəblilər haqqında şagirdlərin hazırladıqları təqdimat nümayiş etdirilib. Liseyin tarix müəllimi S. Səmədov çıxış edərək həmin dövrün ictimai-siyasi hadisələrinə dair maraqlı məlumatları şagirdlərlə bolüşüb.
Sonda o günlərdə dənizçilərin göstərdikləri qəhrəmanlığı əks etdirən maraqlı film nümayiş etdirilib.Tədbirin məqsədi 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək, şagirdlərdə vətənpərvərlik hissini gücləndirmək və faciənin tarixi əhəmiyyətini gənc nəslə çatdırmaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qəlbimizdə yaşayanlar
19 Yanvar 2026




