07 noyabr 2024-cü il tarixində ilk olaraq 15 sinfin fəal könüllü valideynləri (siniflərin valideyn könüllüləri) ilə görüş keçirilmişdir.
Görüşdə valideynlərin liseyin fəaliyyətində yaxından iştirakı, şagirdlərimizin bilik və bacarıqlarının yüksəldilməsi , uğurun əldə edilməsində ailənin rolu, lisey həyatında yaxından iştirakının əhəmiyyətindən, MAİB-in iş prinsipindən danışılmışdır.
Eyni zamanda monitorinq və liseydaxili qiymətləndirmə testlərinin şagirdlərin tədris prosesində həm bilik və bacarıqlarının, həm də imtahan məsuliyyətinin, diqqətinin formalaşmasında, inkişaf etdirilməsində əhəmiyyəti, eləcə də liseyin fəaliyyətinə aid bəzi məsələlər müzakirə edilmiş, onları maraqlandırılan suallar cavablandırılmışdır.
Görüş psixoloq valideyn Hümerə Hüseynova tərəfindən təşkil edilmişdir.
Növbəti görüşün digər 14 sinfin valideynləri ilə noyabr ayının sonunda keçirilməsi planlaşdırılmışdır.