09 yanvar 2023-cü il tarixdə Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin kollektivi ilə 2022-2023-cü tədris ilində növbəti Pedaqoji Şura iclası təşkil edilib.
İclasda liseyimizin direktoru Fərqanə İsayeva yeni tədris ili başlayandan bugünədək əldə edilən uğurlu nəticələrə görə kollektivə təşəkkür edib. Bundan sonra qarşıda duran məsələlər, hədəflər müzakirə edilib. Onlardan 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə bağlı qarşıda duran tədbirlər və fəaliyyətlər, inşa müsabiqəsi, Respublika Fənn Olimpiadaları, Sabahın alimləri və s. kimi müsabiqə və olimpiadalar xüsusilə qabardılıb.
Bundan sonra direktor müavinləri şagirdlərimizin cari tədris ilində həm liseydaxili qiymətləndirmə imtahanlarında, həm Respublika Fənn Olimpiadalarındakı nəticələrini əks etdirən hesabatları ilə çıxış ediblər.
Fənn müəllimləri, sinif rəhbərləri və kafedraların işi dinlənilib, suallar cavablandırılıb.