“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə, liseydə “İnsan alverinin qurbanı olma!” adlı tədbir keçirilib. Tədbirin təşkilatçısı tarix müəllimi Rüfət Rizayev mövzu ilə bağlı təqdimat nümayiş etdirərək, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları barədə məlumat verib. Problemin aktuallığını qeyd edərək, insan alveri qurbanları üçün yaradılmış sığınacaqlar, eləcə də onların cəmiyyətə reinteqrasiya olunmasında psixoloji yardım amilinin əhəmiyyətini vurğulayıb.