02.11.2023-cü il tarixində 8-ci siniflərində reproduktiv sağlamlıqla əlaqədar liseyin müəllimi Ülviyyə Eyyubovanın hazırladığı “Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır” mövzusunda məşğələ keçirilmişdir. Məşgələdə Ülviyyə xanım şagirdlərlə gigiyena barədə zəruri informasiyalar paylaşmış, onlarla gigiyenanın insan orqanizminə təsiri barədə fikir mübadiləsi aparmışdır. Ətraf mühitin insan sağlamlığına nə dərəcədə təsiri etdiyi barədə danışılmışdır. Daha sonra qrup işlərində müxtəlif sahə həkimlərinin gigiyenaya münasibəti araşdırılmışdır.