28.11.2022-ci il tarixində liseyin biologiya müəllimi A. Qaralovanın təşkilatçılığı və 9-10 cu sinif şagirdlərinin iştirakı ilə “Sağlam gələcək üçün erkən nikaha “Yox!” deyək” mövzusunda maarifləndirici seminar keçirildi. Seminarda erkən nikahı doğuran səbəblər və onların fəsadları barədə şagirlərə məlumat verildi. Mövzu ilə bağllı seminar iştirakçıları ilə fikir mübadiləsi aparıldı.