Liseyin psixoloqu Rima Kərimova 9 və 10-cu sinif şagirdləri ilə reproduktiv sağlamlıq mövzusunda görüş keçirib. Tədbirdə “reproduktiv sağlamlıq nədir?” sualı ətrafında müzakirələr aparılıb. Şagirdlər aparılan müzakirə nəticəsində belə nəticəyə gəliblər ki, reproduktiv sağlamlıq – fiziki, mənəvi və sosial rifahdır.
Tədbirdə statistik göstəricilər, reproduktiv sağlamlığın qorunub saxlanması yolları, risk faktorları, reproduktiv sağlamlığın pozulmasının fəsadları barədə söhbət aparılıb.